Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişiklik edilib
Bakı, 31 mart, AZƏRTAC
Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarların hərəkət cədvəlində dəyişiklik edilib
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dəyişiklik Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq edilib.
Bu məqsədlə, Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən qatarların sayı azaldılıb. Qatarlar karantin günlərində fəaliyyətini davam etdirmək zərurəti yaranan müəssisələrin əməkdaşlarının işə gediş-gəlişinin təmin olunmasına xidmət göstərəcək. Yeni qrafik aprelin 1-dən karantin müddəti bitənədək qüvvədə olacaq.
Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır