×
A
A
A
Sazlamalar

Ərəb ölkələrində COVID-19 virusuna yoluxma halları artıb

Qahirə, 31 mart, AZƏRTAC

Martın 30-da ərəb ölkələrində yeni növ koronavirusa yoluxma halları artıb.
AZƏRTAC xəbər verir ki, ötən gün Birləşmiş Ərəb Əmirliklərində COVID-19 virusuna daha 41 yoluxma və iki ölüm faktı qeydə alınıb. Bu ölkədə xəstələrin sayı 611 nəfərə, ölüm halları isə 5-ə çatıb.
Martın 30-da Küveytdə daha 23 nəfər koronavirus xəstəsi aşkar edilib. Ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Abdulla Əl-Sənəd bildirib ki, ölkədə, ümumilikdə, 289 nəfər COVID-19 virusuna yoluxub. Onun sözlərinə görə, indiyədək xəstəlikdən ölüm halı qeydə alınmayıb və 85 nəfər tam müalicə olunaraq evə buraxılıb.
Ötən gün Səudiyyə Ərəbistanında daha 110 nəfər koronavirusa yoluxub. Beləliklə, bu ölkədə xəstələrin ümumi sayı 1563 olub. Ölənlərin sayı isə 10 nəfərdir. Son sutka ərzində həyatını itirən iki nəfər Mədinə şəhərinin sakinləridir.
Son sutka ərzində Omanda koronavirusa 14, Tunisdə isə 21 nəfər yoluxub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2020-03-31 18:40:00