×
A
A
A
Sazlamalar

Rumıniyada koronavirusa yoluxanlar üçün sahə xəstəxanası yaradılıb

Buxarest, 31 mart, AZƏRTAC

Rumıniyada hərbçilər 7 gün ərzində sahə xəstəxanası yaradıblar.
AZƏRTAC xəbər verir ki, sahə xəstəxanası Otopeni şəhərində Ana Aslan adına Herontologiya və Heriatriya İnstitutunun önündə yaradılıb. Burada koronavirusla mübarizə üçün çadırlar, konteynerlər yerləşdirilib. Qeyd edək ki, bir müddət öncə Rumıniya Prezidenti Klaus Yohannis bildirib ki, koronavirusla bağlı ölkədə vəziyyət çətinləşə bilər və xəstələrin sayının artımı gözlənilir.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2020-03-31 17:15:00