×
A
A
A
Sazlamalar

Gənclər Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn fəaliyyətlərə qoşulmağa dəvət edilir

Bakı, 31 mart, AZƏRTAC

Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 31–dən aprelin 3-dək təşkil edilən onlayn fəaliyyətlərə gəncləri qoşulmağa dəvətə edir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Sərəncamı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Onlayn fəaliyyətlərin təşkil edilməsindən məqsəd xalqımıza qarşı törədilmiş bu amansız qətliamın vahid platforma və vahid həştəqlər üzərindən faktlar əsasında kütləvi şəkildə paylaşılması ilə gənclərin səsinin dünya ictimaiyyətinə çatdırılmasını təmin etməkdir. Bunun üçün yeddi dildə hazırlanmış (Azərbaycan, rus, ingilis, ispan, italyan, fransız və ərəb) faktlar, poster, “facebook” profili üçün çərçivə və poster, foto və videolar vahid bir bazada toplanıb. Bazaya daxil olub məlumatları #Genocide #Genocide102 #31MarchGenocide həştəqləri ilə “facebook”, “twiter”, “ınstagram” və digər sosial şəbəkələrdə paylaşmaq mümkündür.
Bazaya keçid bu linkdən mümkündür: https://www.facebook.com/notes/azərbaycan-respublikasının-gənclər-idman-nazirliyi-gənclərlə-iş-şöbəsi/31-mart-azərbaycanlıların-soyqırımı-günü/881852002264353/

31 mart 2020-03-31 15:41:00