×
A
A
A
Sazlamalar

Misir qəzetində AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqaləsi dərc olunub

Qahirə, 31 mart, AZƏRTAC
Misirin "Aldiplomacy" qəzetində AZƏRTAC-ın Misirdəki xüsusi müxbiri Oqtay Bayramovun 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqaləsi dərc olunub.
Məqalədə 102 il bundan əvvəl erməni daşnak quldurlarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı törətdiyi qırğınlardan ətraflı bəhs edilir. Misirli oxuculara ermənilərin digər vəhşilikləri, xüsusən bu qırğınlardan 74 il sonra Xocalıda törədilmiş amansız qətliam, həmçinin işğal olunmuş Azərbaycan ərazilərində İslam mədəniyyəti abidələrinin və məscidlərin dağıdılması haqqında məlumat verilir.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

31 mart 2020-03-31 14:15:00