×
A
A
A
Sazlamalar

Həmyerlisinə hədə-qorxu gələrək pul alan şəxs barəsində cinayət işi başlanıb

Bakı, 31 mart, AZƏRTAC 

Martın 30-da Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T.Məmmədov həmyerlisi, əvvəllər məhkum olunmuş S.Muradovun ona hədə-qorxu gəlib 2000 manat pul tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Muradov həmin gün Hindarx qəsəbəsi ərazisində hədə-qorxu ilə tələb etdiyi 2000 manatdan 300 manatı alarkən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Hadisə 2020-03-31 14:02:00