×
A
A
A
Sazlamalar

Paytaxt sakininin avtomobili qaçırılıb

Bakı, 31 mart, AZƏRTAC 

Martın 29-da Bakı şəhər sakini R.Qurbanovun “VAZ-21014” markalı avtomobilinin paytaxtın Nizami rayonu ərazisindən qaçırılması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.İsmayılov və Cəlilabad rayon sakini T.Fərəcov nazirliyin Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, 24-cü Polis Şöbəsi və Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-03-31 13:25:00