×
A
A
A
Sazlamalar

Kompüter, elektron və optik məhsulların istehsalı artıb

Bakı, 31 mart, AZƏRTAC

Yanvar-fevral aylarında kompüter, elektron və optik məhsulların istehsalı artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iki ayda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 33,8 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 5,7 dəfə artıb.
Dövr ərzində əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 14,1 dəfə, 1000 voltadək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 2,4 dəfə çoxalıb.

İKT 2020-03-31 12:57:00