×
A
A
A
Sazlamalar

Yeni Zelandiyada “COVID-19”-a yoluxanların sayı 552 nəfərə çatıb, bir nəfər ölüb

Tokio, 31 mart, AZƏRTAC

Yeni Zelandiyada COVID-19 koronavirusuna yoluxanların sayı ümumilikdə 52 nəfər təşkil edib, bir nəfər isə ölüb.
AZƏRTAC xəbər verir ki, yeni koronavirusun yayılması fonunda Yeni Zelandiyanın hakimiyyət orqanları ölkədə elan edilmiş fövqəladə vəziyyət barədə rejimi uzatmaq barədə qərar qəbul ediblər.
Bununla əlaqədar Fövqəladə Vəziyyətlər Üzrə Milli Agentliyin “Twitter” səhifəsində yerləşdirilmiş məlumatda deyilir: “Ölkədə COVID-19 koronavirusunun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən fövqəladə vəziyyət rejimi daha yeddi gün müddətinə uzadılıb. Bu qərar COVID-19 koronavirusunun yayılmasına qarşı hökumətin tədbirlər görməsinə tam şərait yaradır və əlavə səlahiyyətləri nəzərdə tutur”.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2020-03-31 12:08:00