×
A
A
A
Sazlamalar

Bakıda xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 313 nəfərə inzibati tənbeh tədbiri tətbiq edilib

Bakı, 31 mart, AZƏRTAC 

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 31 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 13-ü əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.
Cinayətlərin 3-ü narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 faktın üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə 12 nəfər saxlanılıb.
İtkin düşmüş kimi axtarışı elan olunan 8 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 313 nəfərə, o cümlədən 20 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.

Hadisə 2020-03-31 11:02:00