×
A
A
A
Sazlamalar

Hindistanın Baş Naziri bu ölkənin xaricdəki nümayəndəlikləri ilə videokonfrans keçirib

Bakı, 31 mart, AZƏRTAC

Hindistanın Baş Naziri Narendra Modi Hindistanın xarici ölkələrdəki səfirlik və ali komissarlıqlarının rəhbərləri ilə videokonfrans keçirib. Hindistanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələrdəki Hindistan nümayəndəlikləri ilə ilk dəfə keçirilən bu videokonfransda koronavirus (COVID-19) pandemiyasına qarşı atılan addımlar müzakirə edilib.
Baş Nazir qeyd etdi ki, fövqəladə hallar fövqəladə həllər tələb edir, məhz bu səbəbdən qloballaşma əsrində dünyanın əksər hissəsi özünü təcrid edib. Bu pandemiya ilə mübarizə üçün labüd bir addımdır, lakin bu, həmçinin qloballaşan sistemin bağlanması səbəbindən beynəlxalq nəqliyyat, maliyyə bazarları və qlobal iqtisadiyyat üzərində geniş və gələcəyə təsiri olan və hədsiz fəsadları yaradan bir addımdır.
Baş Nazir infeksiyanın ölkəyə gətirilməsi riskinin azaldılması və daha sonra geniş yayılmasının qarşısının alınması üçün Hindistanın bu il yanvarın ortasından etibarən pandemiya əleyhinə erkən və misli görünməmiş addımlar atdığını xatırladıb. O, epidemiyanın geniş yayıldığı bəzi ölkələrdə qalan hindistanlıların təxliyə edilməsinə nümayəndəlik rəhbərlərinin göstərdikləri səyləri təqdir edib və beş xüsusi məram üzrə addımlar atmağa çağırıb. Bu addımlar arasında özlərinin, komandalarının və ailələrinin sağlamlıq və təhlükəsizliyini təmin etmək, hazırda davam edən beynəlxalq səyahət məhdudiyyətlərinin qeyri-müəyyənliyini nəzərə alaraq müxtəlif xarici ölkələrdə qalan hindistanlıların qayğısına qalmaq, ayıq-sayıq olmaq və Hindistanın koronavirus (COVID-19) əleyhinə mübarizəsi üçün akkreditasiya olunduqları ölkələrdə ən yaxşı təcrübələri, yenilikləri və tibbi avadanlıqların əldə olunması üçün elmi nailiyyətləri və mənbələri müəyyənləşdirmək və s. tapşırıqlar verib.

 

Dünya 2020-03-31 10:50:00