×
A
A
A
Sazlamalar

Çində meşə yanğınlarında 19 nəfər ölüb

Pekin, 31 mart, AZƏRTAC

Çinin Siçuan vilayətində baş verən meşə yanğınları ilə mübarizəyə cəlb olunmuş 19 nəfər ölüb.
AZƏRTAC yeli hakimiyyət orqanlarına istinadla xəbər verir ki, ölənlərin 18 nəfəri yanğınsöndürən, digəri isə onlara bələdçilik edən yerli meşəbəyi olub.
Yanğınla mübarizə aparan 21 nəfərlik dəstə gecə saatlarında küləyin istiqamətinin anidən dəyişməsi ilə yanğının ortasında qalıblar. Köməyə gələn qüvvələr səhərçağı 3 nəfəri sağ tapıblar. Bir qədər sonra isə 19 nəfərin meyiti tapılıb.
Bildirilir ki, yanğın ümumilikdə 1000 hektar sahəni əhatə edib, 80 hektar meşə sahəsi isə tamamilə yanaraq məhv olub.
Yanğınla mübarizəyə 2 mindən çox adam cəlb olunub, ərazidən 1200 sakin təxliyə edilib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Dünya 2020-03-31 10:29:00