×
A
A
A
Sazlamalar

“İspan qripi” pandemiyasından qurtulan qadın COVID-19 pandemiyasının qurbanı oldu

Bakı, 31 mart, AZƏRTAC

Ötən əsrdə “İspan qripi” pandemiyasından sağ çıxmağı bacaran britaniyalı Hilda Çörçil yeni növ koronavirus (COVID-19) pandemiyasının qurbanı olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Salford şəhərindəki qocalar evində yaşayan 108 yaşlı qadın COVID-19 infeksiyasına yoluxması təsdiqlənəndən 4 gün sonra - martın 28-də dünyasını dəyişib.
Dörd övladı, 11 nəvəsi, 12 nəticəsi, 3 kötücəsi olan Hilda Çörçil martın 29-da 109-cu doğum gününü qeyd etməyə hazırlaşırdı.
Qeyd edək ki, Hilda Çörçilin bacısı 1918-1920-ci illərdə dünyada təxminən 50 milyon adamın ölümünə səbəb olan “İspan qripi”nin qurbanı olub.

Dünya 2020-03-31 04:27:00