×
A
A
A
Sazlamalar

Estoniyada koronavirusa yoluxanların sayı 715 nəfərə çatıb

Tallinn, 30 mart, AZƏRTAC

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 36 nəfər artaraq 715-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 11 min 252 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində 856 nəfərin analizinin 36-nın nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, bu günə qədər ölkədə koronavirusdan 3 ölüm faktı qeydə alınıb.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

Dünya 2020-03-30 22:14:00