×
A
A
A
Sazlamalar

İranda koronavirusa yoluxanların və bu infeksiyadan ölənlərin sayı artmaqda davam edir

Tehran, 30 mart AZƏRTAC

Bu günə olan məlumata görə, İranda koronavirusa yoluxanların sayı artaraq 41 min 495-ə, ölənlərin sayı isə 2757-yə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur keçirdiyi onlayn brifinqdə deyib.
O bildirib ki, son 24 saat ərzində xüsusi xəstəxanalarda müalicə alan 117 nəfər həyatını itirib.
Bununla yanaşı, indiyədək 13 min 911 nəfər sağalaraq evə buraxılıb.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-03-30 21:36:00