×
A
A
A
Sazlamalar

Hazır metal məmulatlarının istehsalı sahəsində artım olub

Bakı, 30 mart, AZƏRTAC

Hazır metal məmulatlarının istehsalı artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-fevral aylarında 115,1 milyon manatlıq məhsul istehsal olunub. Hazır metal məmulatlarının istehsalı sahəsində 56,5 faiz, metallurgiya sənayesində isə 39,6 faiz artım müşahidə edilib.
İki ayda sahə üzrə 4684 ton qara metallardan sair konstruksiyalar istehsal olunub.

Sənaye 2020-03-30 16:37:00