×
A
A
A
Sazlamalar

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 30 mart, AZƏRTAC 

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şamaxı rayonunun Şirvan kəndi ərazisində Bakı şəhər sakini Elvin Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı dirəyə vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə 2020-03-30 16:36:00