×
A
A
A
Sazlamalar

Kimya sənayesində məhsul buraxılışı çoxalıb

Bakı, 30 mart, AZƏRTAC

Kimya sənayesində məhsul buraxılışı artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-fevral aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 184,7 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 19,5 faiz, əczaçılıq məhsullarının istehsalında 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 3,6 faiz çoxalıb.
Rezin və plastik kütlə məmulatlarından plastik boruların istehsalı 6 dəfə, məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,1 dəfə artıb.

Sənaye 2020-03-30 16:25:00