×
A
A
A
Sazlamalar

UNEC-də növbəti yenilik

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Stanford Universitetinin (ABŞ) “Coursera for Campus” proqramına qoşulub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin tələbələri dünyanın aparıcı 18 ali məktəb və şirkətinin (Dyuk, London, Yel, Con Hopkins, İllinoys, Miçiqan, San-Diyeqo Kaliforniya, Virciniya, Honkonq universitetləri, Hindistan Biznes Məktəbi, HEC Paris Menecment Məktəbi, Kolorado Universiteti, Monterrey Texnologiya İnstitutu, Los-Anceles Universiteti (Kolumbiya), Çili Katolik Universiteti, IBM, Google, Intel şirkətləri) 400 ixtisas üzrə 4262 onlayn kurslarına ödənişsiz qatılmaq imkanı əldə ediblər.
“Coursera for Campus” kurslarını bitirərək, müvafiq sertifikat əldə edən UNEC-in bakalavr və magistrləri həmin fənlər üzrə nəzərdə tutulmuş imtahanlardan azad ediləcəklər. Artıq UNEC-in 1980 tələbəsi və 12 müəllimi qeydiyyatdan keçərək dərslərə başlayıb.

Elm və təhsil 2020-03-30 16:16:00