×
A
A
A
Sazlamalar

Təhsil Nazirliyi şagird, tələbə və müəllimləri #EvdəQal #DərsdənQalma sosial çağırışa qoşulmağa dəvət edir

Bakı, 30 mart, AZƏRTAC

Təhsil Nazirliyi başlatdığı #EvdəQal #DərsdənQalma sosial çağırışına şagird, tələbə və müəllimləri də qoşulmağa dəvət edir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat nazirliyin “Facebook” səhifəsində yerləşdirilib.
Məlumatda bildirilib ki, evdə dərs hazırlayarkən, onlayn dərs keçərkən çəkilmiş fotoları #DərsVaxtı #EvdəQal #DərsdənQalma həştəqləri ilə şəxsi “Facebook” səhifəsində paylaşmaq və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsini “tag” etmək olar.

Elm və təhsil 2020-03-30 15:47:00