×
A
A
A
Sazlamalar

Evdən oğurluq etməkdə və soyğunçuluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, 30 mart, AZƏRTAC

Paytaxtda və bölgələrdə oğurluqla məşğul olan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də N.İbrahimovun işlədiyi kafedən 157 manatını soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Adışirinov saxlanılıb.
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə martın 12-də rayondakı evlərin birindən 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Süleymanov yaxalanıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.

Hadisə 2020-03-30 15:43:00