×
A
A
A
Sazlamalar

Paytaxtda xuliqanlıq edən qardaşlar yaxalanıb

Bakı, 30 mart, AZƏRTAC 

Martın 26-da saat 23 radələrində naməlum şəxslərin paytaxt sakinləri İ.Rəhimovanın və qohumu R.Şahbazovanın evlərinin pəncərə şüşələrinin sındırılması barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xuliqanlıq zəminində bu əməli törətməkdə şübhəli bilinən Y.Səmədov və qardaşı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Davam etdirilən tədbirlərlə Y.Səmədovun evinin həyətindən müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng və 2 ədəd patron da aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2020-03-30 15:41:00