×
A
A
A
Sazlamalar

Tokio Olimpiadasının keçiriləcəyi vaxt dəqiqləşdirilib

Tokio, 30 mart, AZƏRTAC 

Tokio Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyi vaxt dəqiqləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı Tokio paytaxt hökumətinin rəsmilərinə istinadla məlumat yayıb.
Bildirilir ki, əldə edilən razılaşmaya əsasən Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlanacaq.
Qeyd edilir ki, bu barədə razılaşma Beynəlxalq Olimpiya Komitəsi (BOK), Tokio təşkilat komitəsi, Tokio paytaxt hökuməti və Yaponiya hökuməti arasında aparılan müzakirələrin nəticəsi olaraq əldə edilib.
Xatırladaq ki, dünyanı ağuşuna almış COVID-19 koronavirusuna görə Yaponiya hökuməti ilə BOK arasında əldə edilən razılaşmaya əsasən “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunları gələn il keçiriləcək.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

İdman 2020-03-30 15:36:00