×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsində iki nəfər ölüb

Bakı, 30 mart, AZƏRTAC 

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu rayonunun ərazisində, Heydər Əliyev prospektində Bakı şəhər sakinləri Ə.Əhədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən, E.Quliyevin idarə etdiyi “Ford” markalı yük avtomobilinə vurub. Nəticədə “Mercedes”dəki sərnişinlərdən İmran Qasımov, Həbib Hüseynov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişin xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-03-30 14:54:00