×
A
A
A
Sazlamalar

Misirin nüfuzlu nəşrində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib

Qahirə, 30 mart, AZƏRTAC

Misirin nüfuzlu “Alwasela” nəşrində tanınmış jurnalist və tədqiqatçı, “Dağlıq Qarabağ münaqişəsinin həlli Qafqazda sülhün təminatıdır” kitabının müəllifi Əhməd Tarabekin “31 mart - Azərbaycanlıların soyqırımı” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə çar Rusiyası və fars imperiyası arasında müharibələrin, Gülüstan və Tükmənçay müqavilələrinin Azərbaycanın ərazisini iki hissəyə bölməsi, uydurma “böyük Ermənistan” ideyasının ortaya atılması, ermənilərin 1905-1907-ci illərdə Azərbaycan xalqına qarşı törətdiyi qətliamlar, həmçinin Birinci Dünya müharibəsinin sonlarında baş vermiş hadisələr, bunun nəticəsində 1918-ci ildə Bakıda və digər bölgələrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlarından ətraflı bəhs olunur. Müəllif vurğulayır ki, müasir Ermənistan dövləti də məhz Azərbaycanın tarixi ərazisində yaradılıb.
Məqalədə erməni millətçilərinin tarixi Azərbaycan torpaqlarında apardığı etnik təmizləmə, qədim İslam abidələrinin məhv edilməsi, şəhərlərin viran qoyulması və digər vəhşiliklər barədə oxuculara geniş məlumat verilir. Qeyd olunur ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən sonra Nazirlər Kabineti tərəfindən xüsusi komissiya yaradılıb və törədilmiş cinayətlər araşdırılaraq 1919-1920-ci illərdə həmin tarix ölkədə milli matəm günü kimi qeyd edilib.
Məqalənin tam mətni ilə https://www.alwasela.com/669418 linkindən tanış olmaq mümkündür.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

31 mart 2020-03-30 14:24:00