×
A
A
A
Sazlamalar

Həbib Nurməhəmmədovla Toni Fergüsonun döyüşü təxirə salınıb

Bakı, 30 mart, AZƏRTAC

Mütləq Döyüş Çempionatının (UFC) çempionu, rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Toni Fergüson arasındakı döyüş koronavirusla əlaqədar yaranan vəziyyətə görə ləğv ediləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu qərarı Həbib Nurməhəmmədov “SportBox”a açıqlamasında bildirib.
“Mən Rusiyadayam və məşqlərimi davam etdirirəm. Ölkəmdə karantin vəziyyəti elan edilib. Bu səbəbdən ölkəni tərk edə bilmirəm. Düşünürəm ki, dünyada baş verən hadisələr bitməyincə bizim döyüşümüz baş tutmayacaq”.
Qeyd edib ki, H.Nurməhəmmədov və T.Fergüson arasında yüngül çəkidə çempionluq kəməri uğrunda mübarizə bu il aprelin 19-da Nyu-Yorkdakı “UFC 249” turniri çərçivəsində keçirilməli idi.
Otuz bir yaşlı H.Nurməhəmmədov qarışıq döyüş növlərində indiyədək keçirdiyi 28 döyüşün hamısında qələbə qazanıb. Otuz altı yaşlı T.Fergüson isə keçirdiyi 28 döyüşün 25-də qələbə qazanıb, 3-də məğlub olub.

İdman 2020-03-30 14:00:00