×
A
A
A
Sazlamalar

DİM: Vətəndaş müraciətləri 1653 Çağrı Mərkəzi vasitəsilə cavablandırılır

Bakı, 30 mart, AZƏRTAC

Nazirlər Kabinetinin koronavirus təhlükəsi ilə əlaqədar dövlət qurumlarına göndərilən 2020-ci il 16 mart tarixli məktubuna əsasən Dövlət İmtahan Mərkəzində (DİM) və onun regional bölmələrində vətəndaşların qəbulu müvəqqəti dayandırılıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırda vətəndaşların müraciətləri şənbə və bazar günləri istisna olmaqla saat 10-dan 17-dək 1653 Çağrı Mərkəzi vasitəsilə cavablandırılır. Regional bölmələr üzrə də müraciətlər telefon vasitəsilə cavablandırılır.
Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.
Regional bölmələr üzrə telefon nömrələri:
-Gəncə (022) 256-50-67;
-Bərdə (020) 205-01-86;
-Göyçay (020) 274-66-74;
-Lənkəran (025) 255-24-82;
-Şəki (024) 244-66-14;
-Şəmkir (+994) 55 214 97 00;
-Şirvan (021) 215-15-23;
-Xaçmaz (023) 325-01-21;
-Naxçıvan Muxtar Respublikası (036) 544-04-02.
Qeyd edək ki, bu günlər ərzində vətəndaşlar tərəfindən əsasən təxirə salınan imtahanların vaxtı ilə bağlı müraciətlər daxil olur. Təxirə salınan imtahanlar, sənəd qəbulunun vaxtı, eləcə də digər tədbirlərin qrafiki Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Elm və təhsil 2020-03-30 13:13:00