×
A
A
A
Sazlamalar

Tacikistan Azərbaycan vətəndaşları üçün ali təhsilin müxtəlif səviyyələri üzrə təqaüd proqramı elan edir

Bakı, 30 mart, AZƏRTAC

Tacikistanın Təhsil və Elm Nazirliyi 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. Bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilən təqaüd proqramı çərçivəsində tədris rus dilindədir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təqaüd proqramına müraciət etmək istəyən iddiaçılar nazirliyin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Son müraciət tarixi mayın 31-dir.
Təqaüd proqramı ilə bağlı digər məlumatlarla Təhsil Nazirliyinin saytındakı Elanlar bölməsində tanış olmaq mümkündür.

Elm və təhsil 2020-03-30 11:30:00