×
A
A
A
Sazlamalar

Paytaxtda xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 428 nəfərə inzibati tənbeh tədbiri tətbiq edilib

Bakı, 30 mart, AZƏRTAC 

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 26 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 5-i əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.
Cinayətlərin 3-ü narkotiklərlə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 faktın üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə 1 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan bir nəfər tapılaraq ailəsinə təhvil verilib.
Xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 428 nəfərə, o cümlədən 98 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.

Hadisə 2020-03-30 10:56:00