×
A
A
A
Sazlamalar

“Ferrari” rəhbərliyi Sebastyan Fettelin məvacibini azaltmaq niyyətindədir

Bakı, 29 mart, AZƏRTAC

“Ferrari” rəhbərliyi pilotu Sebastyan Fettelin məvacibini azaltmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, hazırda ilinə 33 milyon avro maaş alan almaniyalı pilota komanda yeni şərtlərə əsasən daha az məvacib təklif edib. Əslində, “Ferrari”nin ona daha az məbləğ təklif etməsini normal qarşılamaq lazımdır. Tərəflər 3 il bundan əvvəl 100 milyon avroluq müqavilə imzalayanda S.Fettel “Ferrari”nin lideri idi. İndiki məqamda isə pilot komanda yoldaşı Şarl Leklerdən geri qalır.
2015-ci ildən Formula 1 yarışlarında “Ferrari”nin şərəfini qoruyan pilot ötən mövsümü beşinci pillədə baş vurub.

İdman 2020-03-29 17:28:00