×
A
A
A
Sazlamalar

Sumqayıtda qəza baş verib, xəsarət alan var

Sumqayıt, 29 mart, AZƏRTAC

Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin mərkəzi yolunda qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hadisə zamanı avtomobil 1987-ci il təvəllüdlü Sumqayıt sakini Ağamirov Ramin Məhəmməd oğlunu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki topuğun və incik sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-03-29 15:14:00