Sabunçu rayonunda binanda baş vermiş yanğın söndürülüb
Bakı, 29 mart, AZƏRTAC
Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 52 kvadratmetr olan mənzildə televizor, soyuducu və lambirindən ibarət tavan 12 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan mətbəx mebeli altı kvadratmetr sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Xəzər rayonunda isə ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli dörd otaqlı evin bir otağı yanıb. Yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO