×
A
A
A
Sazlamalar

Paytaxt sakininin evindən beş kiloqramdan çox marixuana götürülüb

Bakı, 28 mart, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 5 kiloqramdan artıq marixuana götürülüb.
Faktla bağlı təhqiqat aparılır.

 

Hadisə 2020-03-28 17:50:00