×
A
A
A
Sazlamalar

Təcridxanaya narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 28 mart, AZƏRTAC

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-bildiriblər ki, Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Savalanov Nicat Vilayət oğlu 2 saylı istintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilib. Bu zaman 1,250 qram metamfetamin və 0,047 qram heroin aşkar edilərək götürülüb.
Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Talıbov Elnur Qaçay oğlunun 2 saylı istintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 2,457 qram metamfetamin aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2020-03-28 16:41:00