×
A
A
A
Sazlamalar

Paytaxtda soyğunçuluq edən dəstə üzvləri tutulublar

Bakı, 28 mart, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini N.Nəcəfzadə martın 27-də saat 2 radələrində işlədiyi köşkə gəlmiş şəxslərin ona zor tətbiq edib tütün məmulatı aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri B.Nağızadə, C.Rəhimli, E.Qəhrəmanlı və M.Əliyev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Onların həmin gün eyni saatda daha bir köşkdən tütün məmulatı oğurlamaları da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-03-28 14:22:00