×
A
A
A
Sazlamalar

“Smartpay” üzərindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 21 min manatdan çox vəsait köçürülüb

Bakı, 27 mart, AZƏRTAC

“Smartpay” elektron ödəniş sistemi üzərindən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək 130 fiziki şəxs tərəfindən 21 min 51 manat ianə edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu sistem vasitəsilə ianələrin köçürülməsi üçün texniki platforma Məlumat Hesablama Mərkəzi tərəfindən işə salınıb. İanə üzrə əməliyyat komissiya haqqı tutulmadan həyata keçirilir.
Hazırda “Smartpay” sistemi üzərindən respublikanın bütün regionlarını əhatə edən “Azərpoçt” MMC-nin filialları və şöbələrində, “Naxçıvanbank”ın ödəmə terminallarında, həmçinin evdən çıxmadan “kassam.az” (https://kassam.az/payment/service/897) və “smartpay.az”(https://smartpay.az/payment/service/771) saytlarında ianə etmək imkanı yaradılıb.
Tezliklə “Modenis” MMC (eManat), “Mobile Payment Systems-Portmanat” MMC (https://portmanat.az/), “KomTek Ltd” MMC (MilliÖn ödəmə sistemləri), “Paysis” MMC (EPUL) kimi şirkətlər də “Smartpay” ödəniş sisteminə inteqrasiya olunacaq.

 

İKT 2020-03-27 17:28:00