×
A
A
A
Sazlamalar

Lənkəranda narkotik vasitələri satan şəxslər saxlanılıb

Bakı, 27 mart, AZƏRTAC
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş - B.Ağayev və S.Səfərov 1,5 kiloqram tiryəki, 890 qram həşişi və 700 qrama yaxın heroini satarkən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, davam etdirilən tədbirlərlə B.Ağayevə narkotik vasitəni satmaqda şübhəli bilinən - K.Heydərov və Astara rayon sakini E.Xankişiyev də müəyyən edilərək saxlanılıblar.
K.Heydərovdan 2 kiloqrama yaxın heroin, Astara rayonunun Təngərüd kəndindəki evindən isə 10 kiloqram həşiş, 2,4 kiloqramdan artıq heroin, 100 qramdan artıq metamfetamin və metadon aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-03-27 15:37:00