Martın 30-da peşə ixtisasları üzrə teledərslərə start veriləcək
Bakı, 26 mart, AZƏRTAC
Martın 30-da “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərə start veriləcək. Teledərslər saat 16:15-dən etibarən yayımlanacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, elektrotexnika, tikinti, sənaye, mexanika, elektronika, avtomobil, İKT və avtomatika ixtisasları üzrə teledərslər artıq hazırlanıb. Təhsil Nazirliyinin videodərslər portalında (https://video.edu.az/ ) sadalanan ixtisaslar üzrə 20 teledərs yerləşdirilib. Peşə ixtisasları üzrə teledərslərin çəkilişi davam etdirilir.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından da izləyə biləcəklər.
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər
Məktəb psixoloqları üçün müsabiqə
BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib