×
A
A
A
Sazlamalar

Martın 27-si üçün teledərslərin cədvəli müəyyənləşdirilib

Bakı, 26 mart, AZƏRTAC

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 27-si üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
Xatırladaq ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” (https://www.youtube.com/playlist?list=PLmurSRyhshyjqi21ah3rK20osuCC7D2f2) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Elm və təhsil 2020-03-26 13:53:00