×
A
A
A
Sazlamalar

Dillər Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait köçürüb

Bakı, 25 mart, AZƏRTAC

Azərbaycan Dillər Universiteti (ADU) koronavirus (COVID-19) pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi çağırışa qoşulub.
Universitetin İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsindən AZƏRTAC-a bildirilib ki, ali təhsil ocağı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait köçürüb. Bundan əlavə, ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla rektor kimi bir illik əməkhaqqını Fonda ianə edib.

Elm və təhsil 2020-03-25 17:50:00