“Azərpoçt” koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün profilaktik tədbirləri davam etdirir
Bakı, 20 mart, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər davam etdirilir.
MMC-dən AZƏRTAC-a bildirilib ki, Poçt Daşıma Mərkəzi, “Şəbəkə” Xidmət mərkəzləri, Poçt filialları və şöbələrində dezinfeksiya işləri gündəlik olaraq həyata keçirilir. Əhali ilə birbaşa təmasda olan əməkdaşlar tibbi maskalar, əlcəklər və spirtlə təmin olunurlar.
Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimdə iş üzrə təlimatına uyğun olaraq əməkdaşların məsafədən işləməsi təmin edilir. Altmış yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların işə davamiyyətinə güzəştli şərtlər tətbiq edilir.
Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 36 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi saat 09:00-dan 17:00-dək, Bakı və Sumqayıt şəhərlərində yerləşən digər “Şəbəkə” Xidmət mərkəzləri və poçt şöbələri 10:00-dan 16:00-dək, regionlarda fəaliyyət göstərən mərkəzi xidmət şöbələri 09:00-dan 16:00-dək vətəndaşlara xidmət göstərir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb