×
A
A
A
Sazlamalar

Elektron imza sertifikatının sifarişi onlayn qəbul ediləcək

Bakı, 20 mart, AZƏRTAC
Elektron imza sertifikatının sifarişi onlayn qəbul olunacaq.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına əsasən, koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə vətəndaş qəbullarının təxirə salındığı, müraciətlərin yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilməli olduğunu nəzərə alaraq bu gündən etibarən elektron imza sertifikatının sifarişi onlayn qəbul ediləcək. Onlayn sifariş edilən elektron imza sertifikatını ərizədə göstərilən yaşayış yerinə yaxın olan "Azərpoçt" MMC-nin poçt filiallarında yerləşən Qeydiyyat Mərkəzlərindən almaq mümkündür.
Zəng mərkəzi: 157

İKT 2020-03-20 12:18:00