×
A
A
A
Sazlamalar

Tunis Respublikasının Prezidenti Zati-aliləri cənab Kays Sayidə

Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Tunis dostluq əlaqələri həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə cansağlığı, xoşbəxtlik, dost Tunis xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2020-ci il.

Məktublar 2020-03-19 16:58:00