×
A
A
A
Sazlamalar

Yanvar-fevral aylarında 99,6 min ton kimya sənayesi məhsulları göndərilib

Bakı, 17 mart, AZƏRTAC

Cari ilin ilk iki ayında Azərbaycandan 99,6 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 13,8 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2019-cu ilin eyni aylarında ölkədən ixrac olunan 55,4 min ton kimya məhsulunun dəyəri 12,5 milyon dollar təşkil etmişdi.

Sənaye 2020-03-17 18:15:00