×
A
A
A
Sazlamalar

FHN: Nəsimi rayonunda yaşayış binasında baş verən yanğın zamanı iki azyaşlı xilas edilib

Bakı, 17 mart, AZƏRTAC 

Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 100 kvadratmetr olan mənzildə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində dördotaqlı mənzilin bir hissəsi yanıb. Yanğın zamanı iki azyaşlı xilas edilib, beş nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2020-03-17 12:28:00