×
A
A
A
Sazlamalar

Qazax rayonunun Daş Salahlı kəndində “Mercedes” markalı yük avtomobili yanıb

Bakı, 17 mart, AZƏRTAC 

Qazax rayonunun Daş Salahlı kəndində “Mercedes” markalı yük avtomobilində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində avtomobilin kabinə və mühərrik hissəsi, eləcə də üç təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə 2020-03-17 10:57:00