×
A
A
A
Sazlamalar

Paytaxtda itkin düşən üç nəfər tapılaraq ailəsinə təhvil verilib

Bakı, 17 mart, AZƏRTAC 

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 24 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan altısı əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.
Cinayətlərin ikisi narkotiklərlə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 faktın üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan üç nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hadisə 2020-03-17 10:49:00