×
A
A
A
Sazlamalar

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 16 mart, AZƏRTAC 

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yolu keçən kənd sakini 9 yaşlı Elmar Nağıyev Qazax rayon sakini P.Rəhimovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş azyaşlı orada ölüb.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-03-16 18:26:00