×
A
A
A
Sazlamalar

Xeyli miqdarda siqaretin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 16 mart, AZƏRTAC 

Xeyli miqdarda siqaretin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda martın 13-də Gürcüstandan idarə etdiyi "VAZ-2109" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan əvvəl vətəndaş idarə etdiyi avtomobildə gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa oturacağının söykənəcək hissəsində, xüsusi hazırlanmış gizli saxlanc yerində 5800 ədəd "King" markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-03-16 17:35:00