×
A
A
A
Sazlamalar

Xaricdə yaşayan azərbaycanlılar Koordinasiya şuraları və Azərbaycan evlərinə də müraciət edə bilərlər

Bakı, 16 mart, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsi dünyanın bir çox ölkələrində koronavirusun yayılması ilə əlaqədar xaricdə yaşayan soydaşlarımızla mütəmadi və sistemli şəkildə əlaqə yaradır, bütün vasitələrdən istifadə edərək onları məlumatlandırır, soydaşlarımızın tələb və müraciətləri qeyd-şərtsiz, operativ cavablandırılır.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda 27 ölkəni əhatə edən 11 Koordinasiya şurası və dünyanın müxtəlif ölkələrindəki 11 Azərbaycan evi 24 saat fəaliyyət göstərir.
Xaricdə yaşayan hər bir azərbaycanlı, eyni zamanda, onların ölkəmizdəki yaxınları günün istənilən saatında Koordinasiya şuraları, Azərbaycan evləri və Qarabağ məktəblərinə müraciət edə, lazımi məlumatları ala və onları narahat edən məsələləri çatdıra bilərlər. Bunun üçün bütün mövcud əlaqə vasitələrini diqqətinizə çatdırırıq.
Bir daha xatırladırıq ki, pandemiya təhlükəsinin yaratdığı vəziyyətlə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsində yaradılan operativ qərargah 24 saat fəaliyyət göstərir.
Xaricdə yaşayan azərbaycanlılarla əlaqəni daha da möhkəmləndirmək üçün bir neçə gündür yaradılan www.diaspora.support və [email protected] ünvanları fəaliyyətdədir. İndiyə qədər www.diaspora.support[email protected] elektron ünvanlarına xaricdən onlarla müraciət daxil olub və onlar operativ cavablandırılıb. Soydaşlarımız www.diaspor.gov.az saytına daxil olaraq qeyd olunan məsələlərlə bağlı ətraflı məlumat ala bilərlər.
Soydaşlarımızdan xahiş olunur ki, qeyd edilən mövzuda hər hansı bir problem və ya çətinliklə bağlı Komitənin sosial şəbəkə hesabları, elektron poçt ünvanı, həmçinin digər elektron ünvanlarına müraciət etsinlər. Diasporla İş üzrə Dövlət Komitəsi öz səlahiyyət və imkanları çərçivəsində hər bir həmvətənimizə kömək etməyə hazırdır.
Dövlət Komitəsi Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və Nazirlər Kabineti yanında Operativ Qərargahla (Qaynar xətt: *994-1542) intensiv əlaqə saxlayır.
Aşağıdakı linkə daxil olaraq Koordinasiya Şuraları, Azərbaycan evləri və Qarabağ məktəbləri ilə əlaqə yarada bilərsiniz http://diaspor.gov.az/ev/.

Diaspor 2020-03-16 17:12:00